Əfqanıstanın paytaxtı köçür

Əfqanıstanın paytaxtı köçür
  26 Dekabr 2014    Oxunub:2666
Əfqanıstan Yeni Kabil adlanacaq müasir paytaxt tikməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə "Kabul Nyu Siti Development" qeyri-hökümət təşkilatının sədr müavini İlham Ömər Hotaki məlumat verib.

Onun sözlərinə görə, inşaatçılar işə başlamaq üçün prezidentin razılığını gözləyirlər.

Yeni Kabilin indiki paytaxtın yaxınlığında - Hacı Ravaş hava limanı və Bakram aerodromu arasındakı ərazidə salınması planlaşdırılır.

Yeni paytaxtda təqribən 600 min ev tikiləcək. Şəhərin ərazisi 740 kv. km olacaq. Yeni Kabilin 15 il ərzində salınması nəzərdə tutulub. Şəhərdə 2,5 milyon insan yaşayacaq

Yeni paytaxtın planı 8 il əvvəl hazırlanıb.


Teqlər:





Xəbər lenti