İŞİD-ə ağır zərbə: 27 ölü

İŞİD-ə ağır zərbə: 27 ölü
  25 Dekabr 2014    Oxunub:1430
İraqın Tikrit şəhərində ölkə hərbçiləri və İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı yaraqlıları arasında qanlı toqquşmalar baş verib.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən tərəflər arasında baş verən qanlı döyüşlər nəticəsində 27 İŞİD-ci öldürülüb. İraq ordusuna yerli sakinlərdən təşkil olunan könüllü birləşmələrə də kömək edib. Bundan əlavə, hərbçilər şəhərin əsas küçələrində yerləşdirilən partlayıcı maddələri zərərsizləşdirib. Hərbçilərin döyüşlər zamanı nə qədər itki verməsi barədə məlumat verilmir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti