Ermənistanda böhran: Yerli valyuta çatışmır
“Onlar banklara müraciət etdikdə, hazırda dramın olmadığına dair cavab alırlar. Bizim mənbələrin sözlərinə görə, bu hal iki faktorla bağlıdır. Birincisi ilin sonunda insanlar noyabr və dekabr ayına olan əmək haqlarını alıblar və onlar bu vəsaiti nağdlaşdıraraq yeni il alış-verişi etmək istəyirlər. Lakin Mərkəzi Bank dram kütləsinin məcburi məcburi ehtiyatda saxlama dərəcəsini 12 faizdən 24 faizə qaldırıb. Bununla əlaqədar olaraq isə banklar öz vəsaitlərinin müəyyən hissəsini Mərkəzi Bank qaytarmağa məcbur olublar. Bununla da ölkədə dram defisiti yaşanmağa başlayıb. Bu vəziyyətdən çıxmaq üçün bir çox banklar öz valyuta ehtiyatlarını satışa çıxarıb və nəticədə günün sonuna ölkə də vəziyyət sabitləşib. Lakin bütün baş verənlər Ermənistan maliyyə bazarının dekabrda olan şokdan çıxmadığını göstərir”, - deyə “Aykakan Jamanak” qəzeti xəbər yayıb.
Eldar Tanrıverdiyev
Teqlər: