“Sony” – yə hücüm edən özününkülər imiş - İDDİA

“Sony” – yə hücüm edən özününkülər imiş - İDDİA
  25 Dekabr 2014    Oxunub:1470
İddiaya görə, hakerlərin serverlərə hücum etməsinə şərait yaradan “Sony” şirkətinin işçisi olub.
“Sony” şirkətinə haker hücumu ilə bağlı ABŞ-la Şimali Koreya arasında yaranmış qalmaqal davam edir.

Xəbər verdiyimiz kimi, Federal Təhqiqat Bürosu “Sony” şirkətinə hücumun səbəbkarı kimi Şimali Koreyanı göstərir.

Lakin kiber-təhlükəzislik üzrə mütəxəssislər bu iddiaları rədd edərək şirkətin daxili işçilərini günahlandırıblar.

“Norse” kiber-təhlükəsizlik şirkətinin eksperti Kurt Stamberger CBS News telekanalına verdiyi müsahibədə belə deyib: “Əminliklə deyə bilərik ki, belə bir dağıdıcı hücum Şimali Koreya tərəfindən deyil, şirkət daxilindən həyata keçirilə bilər.

Hadisədə 10 ilə yaxın “Sony” şirkətində çalışdığı deyilən Lena adlı qadın şübhəli bilinir. Onun “Sülh qoruyucuları” (Guardians of Peace) adlı haker qrupu ilə əlaqəsinin olduğu güman edilir.

Stamerbergerin sözlərinə görə, Lena, şirkətin məxfi informasiyalara daxil olaraq hakerlərin serverlərə hücum etməsinə şərait yaradıb.

Stamerberger bu məsələdə Şimali Koreya faktorunu tam inkar etməsə də, bildirib ki, konkret olaraq bir ölkəni günahlandırmaqda məqsəd məsələni fərqli istiqamətə yönəltməkdir.

Xatırladaq ki, dekabrın əvvəlində Kaliforniyada yerləşən Sony Pictures kompyuter şirkəti özünü Guardians of Peace (Sülh keşikçiləri) adlandıran hakerlər qrupunun kiber hücuma məruz qalıb. Hakerlər ekranlara hələ çıxarılmamış bir neçə filmi və aktyorlara aid məxfi məlumatları internetdə yayıblar. Nəticədə şirkətə və aktyorlara ciddi zərər dəyib.

Bu hadisə Şimlai Koreya lideri Kim Jong-un barədə "İnterview" (-Müsahibə) adlı filmin debüt nümayişindən əvvəl baş verib.

Sony şirkətinin "The Interview" filminin nümayişindən imtina etməsi isə Hollywood aktyorlarını məyus edib.

Türkan Məmmədli
Səbinə Həsənova



Teqlər:  





Xəbər lenti