Şok:Deputatlara qumbara atdılar

Şok:Deputatlara qumbara atdılar
  25 Dekabr 2014    Oxunub:1536
Dekabrın 24-də gecə Kiyevdə naməlum şəxs bir qrup millət vəkilinə tərəf qumbara atıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən hadisə paytaxtın mərkəzin “Kiev” otelinin qarşısında, yerli vaxtla saat 23.20-də baş verib.

Deputatların arasında Ali Rada sədrinin 1-ci müavini Andrey Parubiy də olub. Hadisə nəticəsində heç kimə zərər dəyməyib. Partlayışdan sonra qumbara atan şəxs hadisə yerini tərk edib. Milislər onu təqib edərkən o, milislərə doğru daha bir qumbara atıb, nəticədə 1 milis əməkdaşı yaralanıb.

Hazırda Ukrayna polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti