ABŞ polisi qaradərililəri qırır – VİDEO

ABŞ polisi qaradərililəri qırır – VİDEO
  25 Dekabr 2014    Oxunub:2097
ABŞ-ın Missuri ştatında atışma baş verib.

AzVision.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ polisi qaradərili ölkə sakinini güllələyib.

Ümumilikdə baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə Sent Luis şəhərinin mərkəzi yaxınlığında baş verib.

Hazırda şəhərdə sakinlər və polis arasında toqquşmalar baş verir. Şəhərə əlavə qoşunlar yeridilib. Şəhər rəhbərliyi sakinləri sakitliyə çağırır.

AzVision.az qaradərili sakin Antonio Martinin polis tərəfindən öldürülməsi görüntülərini təqdim edir:





Xatırladaq ki, bir gün əvvəl Sent Luis şəhərində 18 yaşlı qara dərili Antonio Martin yanacaqdoldurma məntəqəsində polisin yoxlamasından keçməyi rədd etdikdən sonra güllələnmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti