Nazarbayev Ermənistanın “Yeni SSRİ”yə üzvlüyünü təsdiqlədi

Nazarbayev Ermənistanın “Yeni SSRİ”yə üzvlüyünü təsdiqlədi
  25 Dekabr 2014    Oxunub:1587
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi təsdiqləyib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Qazaxıstan parlamenti dekabrın 19-u Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi təsdiqləyib.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti