İraqda dəhşətli partlayış: 26 ölü

İraqda dəhşətli partlayış: 26 ölü
  24 Dekabr 2014    Oxunub:1329
İraqın paytaxtı Bağdadda terror aktı törədilib.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Terrorçunun partlayıcı qurğunu işə salması nəticəsində ən azı 26 nəfər ölüb, 56 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hazırda İraq polisi faktla bağlı araşdırmalara başlayıb. Hadisəyə görə, hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti