BMT-də azərbaycanlıya yüksək vəzifə verildi
Beləliklə, Sultan Hacıyev BMT sistemində çalışan ən yüksək vəzifəli azərbaycanlıdır.
İraq hazırda BMT sistemi üçün prioritet ölkələrdən biri hesab olunduğundan, həmvətənimizin məhz bu ölkədə yüksək vəzifələyə təyin olunması xüsusilə əhəmiyyətlidir.
Qeyd edək ki, Sultan Hacıyev artıq İraqda iş təcrübəsinə malikdir. O, bu ölkəyə BMT-nin İnkişaf Proqramının baş qərargahında xüsusi mürəkkəblik kateqoriyasına aid olan ölkələr üzrə Baş Müşavir vəzifəsini icra edərkən ezam olunmuşdu.
BMT-dəki karyerasına 1994-cü ildə Azərbaycanda başlayan Sultan Hacıyev bacarıqlı “böhran meneceri” kimi tanınır. O, 2010-cu ilin aprelində Qırğızıstanda baş vermiş inqila, həmin ilin yayında ölkənin cənubundakı etnik toqquşmalar zamanı uğurlu fəaliyyəti, həmçinin Əfqanıstan, Yəmən və Cənubi Sudan kimi ölkələrdə gördüyü işlərlə tanınır.
Uzun müddət BMT-nin baş qərargahında çalışmış Sultan Hacıyev ölkəmizin bu qurumun İnkişaf Proqramı ilə e-idarəçilik sahəsindəki sıx əməkdaşlığına nail olub. Bundan başqa, Azərbaycanın uğurlu dövlət idarəçilik örnəklərinin oxşar inkişaf problemlərini yaşayan ölkələr üçün nümunə kimi göstərilməsini aktiv şəkildə təbliğ edir. Kabildə institusional inkişaf məsələləri üzrə baş müşavir işlədiyi zaman ölkəmizin BMT-nin strateji donoru kimi tanınmasına nail olub.
Qeyd etmək lazımdır ki, Azərbaycanda BMT İP-nin böyük marağına səbəb olmuş və təşkilatın xarici ölkələrdə tətbiq etmək istədiyi digər perspektiv istiqamətlərdən biri də ASAN xidmətidir.