Ohanyan Ermənistan prezidenti ola bilər

Ohanyan Ermənistan prezidenti ola bilər
  24 Dekabr 2014    Oxunub:2079
Ermənistan müdafiə naziri Seyran Ohanyan fiquru ötən ay keçirilən Serj Sarkisyan və Robert Koçaryan görüşündə müzakirə olunan əsas məsələlərdən biri olub.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti xəbər yayıb.

“Serj Sarkisyan Robert Koçaryanı 2018-ci ildə keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd kimi böyük ehtimalla Seyran Ohanyanın olacağı barədə məlumatlandırıb. Robert Koçaryan isə Ohanyanın namizədliyini müsbət qarşılayıb. Lakin Koçaryan qarşıdakı prezident seçkilərində öz namizədliyini irəli sürməyəcəyi ilə bağlı Sarkisyana zəmanət verməyib. Məsələ burasındadır ki, əgər “Çiçəklənən Ermənistan” partiyası və onun lideri Qaqik Çarukyan Koçaryanı dəstəklədiyi təqdirdə onda sonuncu prezident seçkilərində öz namizədliyini irəli sürəcək. Yox əgər “Çiçəklənən Ermənistan” Qaqik Çarukyanda daxil olmaqla digər namizədlə seçkilərə qatılmağa qərar versə, onda Robert Koçaryan Seyran Ohanyanı dəstəkləyəcək. Bu arada hazırda “Çiçəklənən Ermənistan” partiyasının üzvləri hazırki vəziyyətdə Çarukyanın namizədliyinin irəli sürülməsi olduqca təhlükəlidir. Çünki, bu halda Ohanyan ordunun dəstəyini alacaq”, - deyə Aykakan Jamank qəzetində nəşr olunan məqalədə bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti