Qırğızıstan da “Yeni SSRİ”yə qoşuldu

Qırğızıstan da “Yeni SSRİ”yə qoşuldu
  24 Dekabr 2014    Oxunub:1457
Avrasiya İqtisadi Şurasının (Aİİ) ötən gün Moskvada keçirilən iclasında Qırğızıstanın quruma üzv olması barədə sazişi imzalayıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin iclasın yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“Qırğızıstanın quruma qoşulması barədə saziş imzalanıb. Əminəm ki, Ermənistanın və Qırğızıstanın Avrasiya Şurasına üzvlüyü bu xalqların maraqlarına xidmət edir, sosial-iqtisadi inkişaf üçün yeni üfüqlər açır”, - deyə Putin vurğulayıb.

Daha əvvəl dekabrın 22-i Qırğızıstan İqtisadiyyat Nazirliyi ölkə hökumətinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi təsdiqlədidiyini açıqlayıb.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti