“Google” saytlara çağırış etdi

“Google” saytlara çağırış etdi
  23 Dekabr 2014    Oxunub:1394
“Google Chrome” brauzerinin təhlükəsizliklə məşğul olan tərtibatçıları internet istifadəçilərini qorumaq üçün kəskin addım atmağa hazırlaşırlar.
Artıq növbəti ildən “Chrome” brauzeri şifrləmədən istifadə etməyən istənilən saytın təhlükəsi haqda istifadəçilərə xəbərdarlıq edəcək.

Beləliklə, "https://" (şifrlənmiş sayt) əvəzinə "https://azvision.az/redirect.php?url=http://" ilə başlanan (resursların əksəriyyətində istifadə olunan adi internet protokolu) istənilən internet ünvanını açdıqda istifadəçi göndərilən məlumatların qorunmadığı haqda xəbərdarlıq alacaq.

“Google” bütün saytları əsas seçim kimi "HTTPS" şifrlənmə protokolundan istifadəyə keçidə inandırmaq istədiyini gizlətmir. Cari ilin yayında axtarış sistemi öz axtarış sistemində şifrlənmiş səhifələrin "nüfuzunu" artırmağa başlayıb.




Teqlər:  





Xəbər lenti