“Putin İttifaqı”ndan yeni Qarabağ bəyanatı

“Putin İttifaqı”ndan yeni Qarabağ bəyanatı
  23 Dekabr 2014    Oxunub:3085
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin prezidentləri Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıblar.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə KTMT-nın Kollektiv Təhlükəsizlik Şurasının yekunlarına dair prezidentlərin birgə yaydığı bəyanatda bildirilir.

“Biz KTMT-a üzv ölkələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız danışıqlar yolu həllinin olduğunu bildiririk”, -deyə yekun bəyanatda vurğulanır.
Bundan əlavə bəyanatda həmçinin Əfqanıstan amili, Mərkəzi Asiyada ekstremizmin yayılması, Ukraynada sülhün bərpası və digər regional məsələlər öz əksini tapıb.

Qeyd edək ki, KTMT-ya Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan üzvdür.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti