Ermənilər Bakıya gəlməyə hazırlaşır

Ermənilər Bakıya gəlməyə hazırlaşır
  23 Dekabr 2014    Oxunub:1561
Ermənistan Milli Olimpiya Komitəsi (MOK) Bakıda keçiriləcək Olimpiya Oyunlarında iştirak etməkdən imtina üçün heç bir əsas görmür.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan MOK-un baş katibi Qraçya Rostamyan bildirib.

“Bakıda keçiriləcək oyunlara gəldikdə MOK orada iştirakdan imtina üçün heç bir əsas görmür. Hazırkı mərhələdə təhlükəsizlik daxil olmaqla bütün məsələlər həll edilib”, - deyə Rostamyan vurğulayıb.

Onun fikrincə, ermənilərin Bakı Avropa Olimpiya Oyunlarında iştirakı ilə bağlı yekun qərar 2015-ci ilin fevral ayına qədər veriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti