“Panikaya düşmək lazım deyil” – Sarkisyan

“Panikaya düşmək lazım deyil” – Sarkisyan
  23 Dekabr 2014    Oxunub:1884
Obyektiv səbəblərdən asılı olaraq bitən ilin çətinlikləri və qeyri-müəyyənliyi növbəti ildə davam edə bilər.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan ölkə biznesmenləri ilə görüşü zamanı bildirib.

“İstənilən ölkədə, istənilən iqtisadiyyatda hətta ABŞ kimi güclü, Aİ kimi vahid iqtisadiyyatda belə həmişə çətinliklər və problemlər ola bilər. Bizim kimi balaca ölkələrdə isə bu cür çətinliklər daha çox ola bilər”, - deyə Sarkisyan vurğulayıb.

Onun sözlərinə görə, bu cür zamanlarda günahkarlar axtarmaq əvəzinə problemləri həll etmək lazımdır. Prezidentin fikrincə bu cür vəziyyətlərdə ən əsası panikaya düşməmək və öz öhdəliklərini yerinə yetirmək lazımdır.

Prezident eyni zamanda vurğulayıb ki, Ermənistan biznesmenləri 2014-cü ildə pis işləməyiblər və qarşıda olan çətinliklərin müəyyən hissəsinin öhdəsindən gəlib. Mövcud vəziyyəti nəzərə alsaq erməni biznesmenlər heç də pis işləməyib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti