Azərbaycanlı qadını şanjat edən vəzifəli şəxs tutuldu

Azərbaycanlı qadını şanjat edən vəzifəli şəxs tutuldu
  23 Dekabr 2014    Oxunub:2907
Türkiyədə Azərbaycanlı qadını şantaj edərək onunla cinsi əlaqədə olan Jandarma çavuşu həbs edilib.
AzVision.az-ın məlumatına görə, hadisə Türkiyənin Trabzon şəhərində yaşanıb. Belə ki, Trabzonda fahişəliklə məşğul olan 27 yaşlı Aysel Novruzovanı Jandarma çavuşu Hüseyn B.K şantaj edib və bildirib ki, əgər onunla cinsi əlaqədə olmasa onu ölkədən deportasiya edəcək.

Bununla bağlı A.Novruzova məhkəməyə müraciət edib. Və Trabzonun 2-ci Ağır Cinayətlər Məhkəməsində ötən gün iclas keçirilib. Vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirlən çavuşa hakim 3 il 4 ay həbs verib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti