Kadırov saqqallılara müharibə elan etdi

Kadırov saqqallılara müharibə elan etdi
  23 Dekabr 2014    Oxunub:1878
Çeçenistan prezidenti Ramzan Kadırov vəhhabilərə müharibə elan edib.
AzVision.az xəbər verir ki, bu barədə prezident özünün instagram səhifəsində yazıb. R. Kadırov onu da qeyd edib ki, Çeçenistanda vəhhabilər qarşı simpatiya ilə baxmağa belə izin verilməyəcək.

“Çeçenistan vəhhabilərə qarşı fəaliyyəti sərt olacaq. Əsas vacib məqam Çeçenistanda vəhhabi ideologiyası olan hər hansı bir şəxsin meydana çıxmasına izin verməməkdir. Bu işdə kiçik zəifləmə faciəvi nəticələrə gətirib çıxaracaq. Hakimiyyətin reaksiyası çox sərt olacaq. Biz 14 nəfərin ölümü və onlarla uşağın yetim qalmasına səbəb olan 4 dekabr hadisələrinin təkrarlanmasına imkan verməyəcəyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti