Rusiyada araq böhranı: İstehsal azalıb

Rusiyada araq böhranı: İstehsal azalıb
  22 Dekabr 2014    Oxunub:2177
Rusiyada noyabr ayında araq istehsalı ilin əvvəlinə nisbətən 38,5 faiz aşağı düşüb.
Bu barədə AzVision.az Rusiyanın “Komersant” qəzetinə istinadən xəbər verir.

Ekspertlər bu düşüşü rublun məzənnəsinin aşağı düşməsi və hökumətin spirtli içkilər üçün aksiz markaların dondurulması qərarı ilə bağlıdır.

Noyabr ayında Rusiya zavodları 7 milyon dekalitr araq istehsal ediblər ki. bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,5 faiz azdır.

Ekspertlər vurğulayıblar ki, noyabrda qeydə alınan düşüş bu ildən bəri qeydə alınan ən böyük göstəricidir. Sentyabr ayında bu düşüş ötən ilə müqayisədə 7,9 faiz, avqust ayında isə düşüş isə ötən ilə müqayisədə 19,6 faiz olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti