ABŞ öz günahını Şimali Koreyanın üstünə atdı

ABŞ öz günahını Şimali Koreyanın üstünə atdı
  22 Dekabr 2014    Oxunub:2302
Qalmaqallı “Müsahibə” filminin direktoru Evan Qoldberq bəyan edib ki, filmin premyerasının ləğv olunmasına səbəb olan “Sony” şirkətinə haker hücumları şirkətin daxilindən də edilə bilər.

AzVision.az xəbər verir ki, “Straight” jurnalına müsahibəsində Qoldberq bəyan edib ki, “Sony” şirkətində istifadə olunan texnologiyalarla tanış olan ekspertlər haker hücumları yalnız şirkət daxilindən edilə bilər.

“Mənim hadisə ilə bağlı ilk düşüncəm belə idi: Doğurdan Şimali Koreyalılar? İki saniyə ərzində mənim üçün günahkar Şimali Koreyalılar idi. Lakin hazırda bizim ofisdə işləyən, kompüterlər barədə bizdən daha çox məlumatlı olan gənc oğlan bu variantı inkar etdi. Onun sözlərinə görə, haker hücumu etmək üçün kimsə “Sony” şəbəkəsini daxildən bilməlidir. Kimsə bu işi içəridən etməlidir”, - deyə Qoldberq bəyan edib.
Qoldberqin bu barədə ötən həftə bəyanatla çıxış etsə də, bu fakt ABŞ-da aparıcı KİV tərəfindən diqqətə alınmayıb. Lakin haker hücumlarının şirkət daxilindən edilə biləcəyi faktını yalnız Qoldberq bildirmir.

Bu həftə Vinny Troia adlı kompüter təhlükəsizliyi mütəxəssisi “Fox” telekanalında “America’s Newsroom”verilişində bəyan edib ki, hazırda bu işin Şimali Koreyadan olan haker hücumlarından çox şirkət daxili iş olmasına dair sübutlar var.

“Mən düşünürəm ki, bu ya hər hansı bir narazı işçinin işidir ya da bu hücum şirkət daxilindən edilib. Hazırda bu iş o qədər diqqət mərkəzindədir ki, onlar mütləq bir günahkar göstərməlidirlər. Kiber hücumların kənardan edilməsi praktiki olaraq mümkünsüzdür”, - deyə Troia bəyan edib.
Bir çox ekspertlər və “Sony” işçilərinin hücumların şirkət daxildən edilməsini bildirsə də ABŞ hökuməti israrla kiber hücumlara görə, məsuliyyəti Şimali Koreyanın daşıdığını bildirir.

Dövlət rəsmilərinin Şimali Koreya “aqressiyası”na necə cavab vermək barədə müzakirələr apardığı bir vaxtda, ABŞ FTB-i “Sony” in İT departamentində bu iş üzrə şübhəli şəxslərin tapılması məqsədilə araşdırmalar aparır.

Qeyd edək ki, dekabrın 18-i “Sony Pictures” dekabrın 25 “Müsahibə” filminin premyerasını ləğv edib. Buna səbəb isə Şimali Koreya rəsmilərinin filmin göstəriləcəyi təqdirdə terror aktları törədəcəklərinə dair bəyanatı olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti