`Rusiya kimi lüt-üryan qalacağıq` - Lukaşenko

`Rusiya kimi lüt-üryan qalacağıq` - Lukaşenko
  21 Dekabr 2014    Oxunub:3140
Belorusun prezidenti Aleksandr Lukaşenko növbəti dəfə Rusiyada yürüdülən siyasətə qarşı öz iradlarını bildirib.
Lukaşenko Belorusun istehsal etdiyi qida məhsullarının Rusiya Federasiyasına idxalına qoyulan qadağalardan hiddətləndiyini deyib. Prezident hesab edir ki, bu, sırf Rusiya siyasətinin yanlış addımıdır.

Lukaşenko onu da qeyd edib ki, Belorus Avropadan Rusiyaya ixrac edilən qida məhsullarına qoyulmuş sanksiyalara dəstək verəcəyi barədə heç vaxt söz verməyib. O, Rusiya rublununniflası nəticəsində ölkəsinin ixracatında 1 milyard dollar itgi verdiyini də xatırladıb. "Əgər biz də Avropa ölkələrinə sanksiya tətbiq etsək, Rusiya kimi lüt-üryan qalacağıq"-deyə Lukaşenko bildirib. Belorus prezidenti həmçinin deyib ki, Rusiya Avropaya qarşı sanksiya qəbul edərkən, Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrlə heç bir məsləhətləşmələr aparmayıb.

Xatırladaq ki, bu gün Aleksandr Lukaşenkonun Kiyevə işgüzar səfəri başlayır. O, Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə görüş keçirəcək. Analitiklərin fikrincə, Kiyevdə Ukraynada cərəyan edən hadisələrlə yanaşı, Belorus-Rusiya arasında yaranmış vəziyyət də müzakirələrdən kənarda qalmayacaq.


Teqlər:  





Xəbər lenti