Putin dünyaya meydan oxudu

Putin dünyaya meydan oxudu
  21 Dekabr 2014    Oxunub:3387
Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik orqanlarının peşə bayramında etdiyi çıxışında maraqlı açıqlamalar verib.
Putin Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalara münasibət göstərərək bildirib ki, bu heç bir nəticə verməyəcək:

“Rusiyanı təcrid etmək heç kimə müəssər olmayacaq. Bizi qorxutmaq da mümkün deyil. Tez-tez belə bəyanatlar səslənir ki, Rusiya müstəqil siyasətinə görə cəzalanmalıdır. Onlar Krımda, Sevestopolda öz vətəndaşlarımıza sahib çıxmamızdan narahatdırlar. Onlar bizim varlığımızı belə qəbul etmək istəmirlər. Dünyada vəziyyət stabillikdən çox uzaqdır. Təhlükə və risk artıb, beynəlxalq hüquq normalarına məhəl qoyulmur, hər şeyə əl atırlar. Şantaj, provokasiya, iqtisadi və informasiya təzyiqləri, ölkədəki radikal qüvvələrə yardım etməklə vəziyyəti gərginləşdirməyə cəhd edilir. Millətçi qruplara qucaq açırlar. Ölkənin daxilində vəziyyəti gərginləşdirmək istəyirlər. Bununla da başqa ölkələrə nəzarəti ələ keçirmək istəyirlər. XX əsrdə dəfələlərlə belə vəziyyətlə üzləşmişik. Ancaq onlar məqsədinə nail olabilməyiblər”.

Putin daha sonra kəşfiyyat orqanlarınn üzərinə düşən vəzifələri onlara xatırladıb: "Olkədə əcnəbi casusların sayı sürətlə artır. Xarici kəşfiyyat şəbəkəsi Rusiyada fəallaşır. Əks-kəşfiyyatdan son dərəcə dəqiqlik tələb olunur. Bu il təkcə əks-kəşfiyyatın xətti ilə 230 casus və xarici kəşfiyyata işləyən agent ifşa olunaraq həbs olunub”.

Rusiya prezidenti terrorizmə qarşı mübarizənin gücləndirilməsini də xüsusi xidmət orqanlarından tələb edib: “Bu il terrorla bağlı 60 hadisənin qarşısı alınıb. Onlardan 8-i terror aktı olub. Həmin hadisələrdə 46 terrorçu və ekstremist qrupun əli var”.(Ans)


Teqlər:





Xəbər lenti