AST Telman Putinin adamı ilə yeyib-içməkdə - FOTOLAR
Dəbdəbəli ziyafətə toplaşanlar arasında təbii ki, restoranın sahibi də olub. Qonaqlar arasında Rusiya Prezidentinin İşlər İdarəsinin rəhbəri Vladimir Kojin də yer alıb.
Super.ru portalının ziyafətdən hazırladığı reportaja görə, A.Dostman Rusiyanın televiziya və konsert biznesində əsas oyunçu olaraq qalır. O, “Artec” mədəniyyət fondunun sahibidir və irimiqyaslı konsertlər, televiziya ilə canlı yayımlar və digər tədbirlər təşkil edir. A.Dostman “Anşlaq” proqramının da müəllifi və istehsalçısıdır.
Onun yubileyinə Alla Puqaçova, İosif Kobzon kimi nəhənglər, habelə Amerika xüsusi xidmət orqanları tərəfindən 2000-ci il Sidney Yay Olimpiadasında medalların satışını təşkil etməkdə, hakimləri ələ almaqda ittiham olunan biznesmen Alimjan Toxtaxunov, biznes və şou-biznes elitasının digər üzvləri qatılıblar. Ziyafətin “hesabı” 10 milyon rubl, yəni təxminən 75 min dollar edib.
Qeyd edək ki, T.İsmayılovun maliyyə vəziyyəti hazırda yaxşı deyil. Onun banklara və müxtəlif iş adamlarına 100 milyon dollardan çox borcu var. Buna baxmayaraq oliqarx bütün bu kimi dəbdəbəli “tusovka”ların daimi qonağıdır.
Teqlər: