Sarkisyan özünə telekanal açır

Sarkisyan özünə telekanal açır
  19 Dekabr 2014    Oxunub:1536
Ermənistanda hakim “Respublika” partiyasının parlament fraksiyasının rəhbəri, Barqam Baqdasaryan ötən gün Ermənistanın “Aykakan Jamanak” qəzetinin əməkdaşı ilə söhbət zamanı yaxın zamanlarda telekanal açması barədə məlumatları təkzib etməyib.
AzVision.az xəbər verir ki, erməni jurnalistin bu cür şayiələr həqiqəti əks etdirirmi sualına Baqdasarayan belə cavab verib: “Hələ ki belə bir qərar yoxdur. Belə bir qərar verilən kimi sizə xəbər edəcəm. Lakin bu baş versə yaxşı olar. Digər siyasi güclərin telekanalı ola bilər bizim yox?”

Jurnalistin yayılan şayiələrdə telekanalın adının “Ayk” olacağını bildirməsinə isə Baqdasaryanın reaksiyası belə olub: “Bu yaxşı, tarixi addır”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti