ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, prezident hələ ki, bu qanundan istifadə etməyəcək.
“ABŞ Administrasiyası, avropalı tərəfdaşlarla Ukraynadakı vəziyyəti yaxından izləyir və ehtiyac olduğu təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək”, - deyə Obama bəyan edib. Prezident eyni zamanda vurğulayıb ki, Vaşinqton sanksiyaları ləğv etməyə hazırdır. Lakin bunun üçün rəsmi Moskva müvafiq addımlar atmalıdır.
Ukrayna azadlığının dəstəklənməsi aktı” adı altında 5859 nömrəli qanun layihəsi Rusiya dövlət şirkətlərinə qarşı yeni sanksiyaların tətbiq edilməsini və Ukraynaya hərbi köməyin edilməsini nəzərdə tutur. Qanun layihəsi dekabrın 12-i ABŞ Konqresi tərəfindən təsdiqlənib.
Eldar Tanrıverdiyev