Paulo Koelyo “diktatorun ölümünü” almaq istəyir

Paulo Koelyo “diktatorun ölümünü” almaq istəyir
  19 Dekabr 2014    Oxunub:1428
Braziliyalı yazıçı Paulo Koelyo Şimalı Koreya lideri Kim Çen Inın öldürülməsindən bəhs edən “Müsahibə” filmini almaq istəyir.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, artıq bununla bağlı yazıçı “Sony Pictures”-ə müraciətdə ünvanlayıb.

Koelyo film üçün şirkətə 100 min ABŞ dolları təklif edib. Şirkətin onun təklifini qəbul edəcəyi təqdirdə Koelyo filmi öz bloqunda paylaşacaq.

“Sony”yə göndərdiyim təklif cümə günü 12:00-ə qədər qüvvədə qalır. Sizə film büdcəsinin 0,01 faizi qaytarılır. Mən isə terror təhdidlərinə qarşı yox deyə biləcəm”, -deyə Koelyo “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, dekabrın 18-i “Sony Pictures” dekabrın 25 “Müsahibə” filminin premyerasını ləğv edib. Buna səbəb isə Şimali Koreya rəsmilərinin filmin göstəriləcəyi təqdirdə terror aktları törədəcəklərinə dair bəyanatı olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti