İŞİD-ə ağır zərbə: üç lider öldürüldü
Dempsinin sözlərinə görə, son həftələr ərzində həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD-in üç lideri məhv edilib. Bununla da İŞİD-in əvəlcədən hazırladığı hücum planlarının qarşısı alınıb.
3-9 dekabr tarixlərində ABŞ aviazərbələri nəticəsində İŞİD-in İraqdakı hərbi əməliyyatlarına rəhbərlik edən Abd əl-Basit, qruplaşma lideri Əbu-Bəkir Əl Bağdadinin əsas müavini Hacı Mutaz məhv edilib. Noyabrın sonlarında isə Mosul şəhərionin “qubernatoru” Radvin Talib öldürülüb.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev
Teqlər: