Dəmirəl dünyasını dəyişdi
Türk mətbuatı Hacı Əli Dəmirəllə bağlı maraqlı məlumatlar da çaıqlayıb.
Belə ki, Dəmirəl ailəsiTürkiyədə fəaliyyət göstərən Orma, Haymak, Terakki Kollektif, Kuştur, Göltaş və Peraja-Coca Cola kimi iri şirkətlərin ortağıdır. Süleyman Dəmirəlin baş nazirliyi dövründə dövlət banklarından aldığı kreditlər ictimaiyyətdə uzun müddət müzakirə edildi.
Dünya İnkişaf Bankından 2,5 milyon dollarlıq kreditin 1,2 milyon dolları Dəmirələ aid Tərəqqi şirkətinə verdiyi iddia olundu. Onun haqqında ictimaiyyət arasında qanunsuz layihələr, gizli təmir işləri və prezident qardaşından dəstək görüldüyü müzakirə olunub.
Oğlu Həhya Dəmirəl qanunsuz layihələrə zamin durduğu üçün 1 il 3 ay həbsə məhkum olunub. Eyni zamanda borclarına görə, 1999-cu ilin noyabr və 2000-ci ilin aprel ayında onun haqqında iki ayrı maddə ilə həbs qərarı verilib. İstanbuldakı villası kredit borcuna görə bankın hesabına keçib. Lakin 2000-ci ilin aprel ayında lazımı dəlilərin olmaması səbəbindən onun barəsində cinayət işinə xitam verilib.
AzVision.az