İtaliya prezidenti istefa verəcək

İtaliya prezidenti istefa verəcək
  18 Dekabr 2014    Oxunub:1108
İtaliya prezidenti Corco Napolitano bəyan edib ki, o, bir neçə həftə ərzində tutduğu postdan istefa verəcək. Bu barədə məlumatı Ukrayna KİV-ləri verib.

Napolitano qeyd edib ki, o, rəhbərlik etdiyi ölkənin Avropa Şurasında sədirliyi başa çatmamışdan qabaq prezident postunu tərk edəcək. İtaliyanın Avropa Şurasında sədirliyi 2015-ci ilin yanvar ayının 15-də başa çatacaq.

İtaliyanın yeni prezidenti 15 gün ərzində bu ölkənin parlamenti tərəfindən seçiləcək. Yeni seçiləcək prezident parlamentdə səslərin üçdə ikisini toplamalıdır.



Teqlər:





Xəbər lenti