Yerevanda avtobus sürücüləri aksiya keçirir – FOTOLAR

Yerevanda avtobus sürücüləri aksiya keçirir – FOTOLAR
  17 Dekabr 2014    Oxunub:2103
Ermənistanın paytaxtı Yerevanda səhər saatlarından etibarən avtobus sürücülərinin etiraz aksiyası başlayıb.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, aksiyada onlarla sürücü iştirak edir.

Avtobus sürücüləri qazın qiymətinin qalxmasına etiraz edirlər: “Biz gediş haqqının qaldırılmasını istəmirik. Qazın qiyməti aşağı salınsın. Bizə başqa heç nə lazım deyil. Ölkə rayonlarında qazın qiyməti 170 drama satılır, Yerevanda isə onun dəyəri 230 dramdır. Yanacaqdoldurma məntəqələrin bunu dollarının bahalaşması ilə əlaqələndirirlər. Məgər rayonlarda dollar bahalaşmayıb?, - deyə sürücülərdən biri bildirib.

Aksiya ilə əlaqədar olaraq Yerevanda tıxac yaranıb. Aksiyada sürücülərlə yanaşı sərnişinlər də iştirak edir. Onlar ölkədə ümumi qiymət artımına etiraz edirlər.

Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:





Xəbər lenti