Sensasiya: Marsda həyat izləri tapıldı
AzVision.az Rusiya KİV-nə istinadla xəbər verir ki, "Curiosity" bu kəşfi Marsda keçmiş və hazırda həyatın olmasını göstərir.
"Curiosity" qurğusunu idarə edən alimlər komandası Marsdakı qazın mənbəyini göstərə bilmir. Bu qaz həm bioloji, həm də qeyri-bioloji xarakterli ola bilər. Lakin Yer planetində metan qazının 95 faizi mikroorqanizm tərəfindən ifraz edilir. Qazın mikroorqanizmlər tərəfindən ifraz edilməsini araşdırmaq üçün əlavə araşdırmaların aparılmasına ehtiyac var
"Curiosity" Mars səthinə 2012-ci ilin avqustunda endirilib. Araşdırmaların ilkin mərhələsində bəlli olub ki, Marsda bakterial həyatın yaranması üçün gərəkli kimyəvi elementlər və şərtlər olub.
Hazırda aparat Şarp dağındakı aşağı qalıq layları araşdırır. Bu, 150 metrlik ərazidir.
NASA ötən həftə bəyan etmişdi ki, Geyl kraterində əvvəllər su olub və Şarp dağı da nəhəng gölün qalıq süxurlarından formalaşıb.
Eldar Tanrıverdiyev