İranın diplomları Azərbaycanda tanına bilər
M.Pakayin bildirib ki, K.Səccadinin başçılıq etdiyi nümayəndə heyəti 4 günlük səfər zamanı Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşəcək. Görüşlərdə Azərbaycanda və İranda cəza çəkən vətəndaşların ekstradisiyası və ədliyyə sahəsində digər məsələlər müzakirə olunacaq.
Səfir bildirib ki, K.Səccadinin Azərbaycanda təhsil alan iranlı tələbələrin problemləri ilə bağlı Təhsil Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və digər ali məktəblərin rəhbər şəxsləri ilə görüşləri də nəzərdə tutulub.
Trend-in əldə etdiyi məlumata görə, K.Səccadi görüşlərdə ATU-da təhsil alan iranlı tələbələrin diplomunun İslam Respublikasında tanınması məsələsini müzakirə edəcək.
Xatırladaq ki, İranın Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin diplomunun İranda etibarsız olduğunu bəyan edib. Buna görə Azərbaycan Tibb Universitetində təhsil alan tələbər ölkələrinə qayıtdıqdan sonra problemlə üzləşir.
ATU-da 360 iranlı tələbə təhsil alır.
Qeyd edək ki, bu məsələ ilə bağlı dekabrın 14-də İranın ədliyyə nazirinin müşaviri Şahrux Hidayətinin səfər etməsi planlaşdırılırdı, lakin müəyyən səbəblərə görə səfər təxirə saılınıb.
Hazırda Azərbaycan həbsxanalarında 130-a yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasında ittiham olunur. Hələlik Azərbaycanda saxlanılan 52 İran vətəndaşı barəsində məhkəmə qərarı çıxarılmayıb.
İran həbsxanalarında isə hazırda 14 Azərbaycan vətəndaşı cəza çəkir.
AzVision.az