Türkiyədə matəm elan olundu

Türkiyədə matəm elan olundu
  17 Dekabr 2014    Oxunub:2800
Pakistanın Pişəvər şəhərindəki hərbi məktəbdə şagird və müəllimlərin öldürülməsi ilə əlaqədar Türkiyədə matəm elan edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin Baş naziri Əhməd Davudoğlu açıqlama verib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar olaraq Türkiyədə birgünlük matəm elan edilib.

Qeyd edək ki, son məlumatlara görə, “Taliban” terror təşkilatının Pişəvər şəhərində tutduğu məktəb ölkə hərbçiləri tərəfindən terrorçulardan azad olunub.“Taliban” yaraqlılarının məktəbə hücumu nəticəsində 130 nəfər həlak olub.


Teqlər:





Xəbər lenti