`ABŞ mənəviyyatını itirib`- BMT eksperti

`ABŞ mənəviyyatını itirib`- BMT eksperti
  16 Dekabr 2014    Oxunub:2245
“Terrorla Mübarizə” çərçivəsində yaxalananların mühakiməsi zamanı işgəncə tətbiq etməsi Birləşmiş Ştatları nüfuzuna xələl gətirib, ölkə mənəviyyatını itirib. ABŞ-ın bu təcrübəsi, terrorla qlobal mübarizədə uğursuzluq kimi qəbul olunur. Bunu BMT-nin insan haqları üzrə eksperti, işgəncələr üzrə xüsusi məruzəçisi Xuan Mendez deyib. AzVision.az bu barədə BMT-nin rəsmi saytına istinadən xəbər verir.

Mendezin sözlərinə görə, terrorla mübarizədə işgəncə üsulundan istifadə etməklə Birləşmiş Ştatlar, dünya ölkələri üçün çox pis nümunə olur.

“BMT-yə üzv ölkələr haqlı olaraq soruşurlar ki, “Nə üçün bizi mühakimə edirsiniz? Əgər, Birləşmiş Ştatlar işgəncə üsulundan istifadə edirsə biz niyə etməyək?!”, deyə çoxsaylı ölkələrə səfər etmək mandatı olan xüsusi məruzəçi əlavə edib.

“Birləşmiş Ştatlar bir qədər mənəviyyatını itirib. Lakin bu düzələndir. Keçmişi bərpa edib, nüfuzumuzu geri qaytarmalıyıq.

Qeyd edək ki, Mendez ABŞ Senatının Kəşfiyyat Komitəsinin Federal Təhqiqatlar Bürosunun (FTB) “işgəncəyə icazə verən” istintaq metodları barədə çoxdan gözlənilən hesabatının açıqlanmasından sonra bu cür bəyanatla çıxış edib.
Bu arada, ABŞ-ın hazırki prezidenti Barak Obama, keçmiş prezident, oğul Corc Buşun administrasiyası zamanı tətbiq edilən “genişləndirilmiş istintaq metodları” təcrübəsinə son qoyub.

Xüsusi Məruzəçi, Federal təhqiqat Bürosunun “dəqiq və müfəssəl” hesabatını qiymətləndirərkən bildirib ki, bu hesabat keçmiş idarəetmə formasının əsasını qoyduğu gizli məqamları ortaya çıxarıb və “şəffaflıq prinsiplərini kəskin şəkildə rədd etməklə, təkzibetmə modelinin saxlanmasına kömək edir”.

Hökumət, illədir fövqəladə fəaliyyət, gizli həbslər və “genişləndirilmiş istintaq metodları”adı altında hansı təcrübələrin həyata keçirildiyini ABŞ xalqına açıqlamalı və tam şəffaflığı yenidən təmin etməlidir.

X. Mendez qeyd edib ki, “ABŞ-ın terrorçu qruplaşmalar ilə iş birliyində şübhəli bilinən məhbusların mühakiməsi zamanı işgəncədən istifadə etməsinə baxmayaraq, bu təcrübənin tətbiqi hərbi sirrlərin əldə edilməsində və ya məhbuslarla əməkdaşlıq etməkdə effektiv vasitə deyil. Əksinə, işgəncə üsulları terrorizm məhfumunu daha da kəskinləşdirir və onun genişlənməsinə zəmin yaradır.

Qanunun aliliyinə hörmət edən və başqa ölkələri şəffaflığa çağıran bir ölkə kimi Amerika Birləşmiş Ştatları həm özü, həm də başqalarına görə qoyduğu standartlara cavab vermək üçün ayağa qalxmalıdır”.

Səbinə Həsənova
Türkan Məmmədli



Teqlər:





Xəbər lenti