Obama: “Mişelə hədiyyə ala bilmirəm”

Obama: “Mişelə hədiyyə ala bilmirəm”
  16 Dekabr 2014    Oxunub:2855
ABŞ prezidenti Barak Obama Yeni il bazarlığının çətinliyindən danışıb.
AzVision.az-ın “The Washington Post”-a istinadən verdiyi məlumata görə, ABŞ prezidenti həyat yoldaşına hədiyyə almağın çətin olduğunu vurğulayıb.

Obamanın sözlərinə görə, Mişel modanı izləyir və gözəl görünür.

“Mən ona geyim almaq məsələsində narahatlıq keçirirəm”, – deyə “Live with Ryan Seacrest” şousunu qatılan obama etiraf edib. ABŞ prezidentinin sözlərinə görə, Mişel ona belə hədiyyə görə öz təşəkkürünü bildirəcək və o, heç vaxt xanımına hədiyyə etdiyi paltarı görməyəcək.

Qeyd edək ki, daha əvvəl hərbi bazaya əsgərlər üçün hədiyyə aparan Obama özünü böyük elf adlanıdırıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti