Rövnəq Abdullayev UEFA rəsmisi ilə “Qarabağ”ı müzakirə etdi - FOTO

Rövnəq Abdullayev UEFA rəsmisi ilə  “Qarabağ”ı müzakirə etdi - FOTO
  15 Dekabr 2014    Oxunub:1666
UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya 1 günlük səfərə gəlib.
AzVision.az xəbər verir ki, UEFA rəsmisi bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu müzakirə olunub.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti