`Dinlə ay rəis...` - Yol polisi üçün mahnı (VİDEO)

`Dinlə ay rəis...` - Yol polisi üçün mahnı (VİDEO)
  14 Dekabr 2014    Oxunub:4336
Dinlə ay rəis; nə istəyirsən elə, amma «pravam»ı yazma…
Dövlət Yol Polisi əməkdaşlarına mahnı, meyxana qoşanlar çox olub. Bu dəfə isə DYP əməkdaşlarına ürək sözlərini rep vasitəsilə çatdırıblar. Repdə cavanlıqda avtomobillə min oyundan çıxdığını deyən sürücü DYP əməkdaşından sürücülük vəsiqəsinin yazılmamasını xahiş edir. Bu rep bir növ DYP-dən narazı qalan sürücünün fikirlərini əks etdirir. Narazılıq da ondan yaranıb ki, yol polisi onu cərimələyib…

Sosial şəbəkələrdə yayılan videoda kobud qayda pozan sürücü əks olunub. Zaqatala rayonunda özünün törətdiyi xətaları maşındakı videoreqistrator vasitəsilə qeydə alan sürücü hətta yol polisi əməkdaşına tabesizlik göstərməsini də sosial şəbəkələrdə yayıb. Düzdür, video özü köhnədir. Amma «klip»i sosial şəbəkələrdə bu ilin oktyabr ayında yayıblar.

AzVision.az avtosfer.az-a istinadən həmin repi və ona çəkilmiş «klipi» təqdim edir.




Teqlər:





Xəbər lenti