Ermənilər üsyana hazırlaşır
Parisdə erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalının 11 dekabr tarixli nömrəsində dərc edilən məqalədə Yerevandakı kauçuk zavodunun əmək haqlarını ala bilməyən fəhlələrinin ölkə prezidentinin iqamətgahı qarşısında nümayiş keçirməsindən bəhs olunur.
Yazıda zavod rəhbərliyinin 18 aydır 1500 fəhlənin əmək haqlarını vermədiyi diqqətə çatdırılır. Bildirilir ki, nümayişçilər hökumətdən əmək haqlarının tezliklə ödənilməsini, Sovet İttifaqı dövründən miras qalan zavodda iş şəraitinin yaxşılaşdırılmasını və avadanlığın yenilənməsini tələb ediblər. Vurğulanır ki, vəziyyət belə davam edərsə iqtisadi böhran keçirən Ermənistanda tezliklə sosial partlayışın baş verməsi qaçılmaz olacaq.
Teqlər: