İŞİD dörd yeniyetməni edam etdi

İŞİD dörd yeniyetməni edam etdi
  13 Dekabr 2014    Oxunub:1958
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları dörd yeniyetmə xristian gənci edam edib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, edam olunan gənclərin sayı 15 yaşdan aşağı olub.

Edamdan əvvəl İŞİD yaraqlıları gənclərdən islamı qəbul etməyi tələb ediblər. Rədd cavabı alan terrorçular yeniyetmə gənclərin başını kəsiblər.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti