Ukraynada təyyarə uçuşları qadağan edildi

Ukraynada təyyarə uçuşları qadağan edildi
  13 Dekabr 2014    Oxunub:1725
Ukrayna Xarkov, Dnepropetrovsk və Zaporojiye hava limanlarına təyyarələrin uçuşunu qadağan edib.
AzVision.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Aviasiya İdarəsi qərar verib.

Qadağa Bakı vaxtı ilə 02:00 –dan etibarən qüvvəyə minib. İdarə rəhbəri Denis Antonyukun sözlərinə görə, qərar uçuşların təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qəbul edilib.

Ukrayna Aviasiya İdarəsinin rəhbəri Antonyukun sözlərinə görə, qadağanın nə qədər qüvvədə qalacağı barədə məlumat verilmir. Bu hava limanlarına uçuşlar qadağa aradan qaldırılana qədər həyata keçirilməyəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti