“İlin adamı” Putin oldu

“İlin adamı” Putin oldu
  13 Dekabr 2014    Oxunub:1675
Rusiya prezidenti Vladimir Putin Fransanın “France-Presse” agentliyinin versiyasına görə “2014-cü ilin ən vacib və nüfuzlu adamları” siyahısına başçılıq edir.
Virtualaz.org saytı İTAR-TASS-a istinadən xəbər verir ki, reytinq cədvəlinin tərtib olunmasında 380 jurnalist iştirak edib.

Putinlə yanaşı reytinq siyahısına Roma papası Fransisk, pakistanlı hüquq müdafiəçisi, Nobel sülh mükafatı laureatı Malala Yusifzay, bu ilin aprelində Nigeriyada “Boko Haram” terror qruplaşması tərəfindən oğurlanan məktəbli qızlar (“Çibokadan olan qızlar”), Honkonq etirazlarının liderlərindən biri Coşua Vonq, İŞİD-in ilk nümayişkaranə qurbanı olan amerikalı journalist Ceyms Foulinin valideynləri də daxildir.

“France-Presse” ilin ən görkəmli adamları siyahısını ikinci ildir tərtib və elan edir. Ötənilki siyahıya ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, hazırda Rusiyaya sığınan Edvard Snouden başçılıq edirdi. İkinci yeri İranın yeni prezidenti Həsən Ruhani, üçüncü yeri isə Malala Yusifzay tuturdular.


Teqlər:





Xəbər lenti