300 km-lik tıxac yarandı - FOTO

300 km-lik tıxac yarandı - FOTO
  12 Dekabr 2014    Oxunub:1550
Belçikada 2014-cü ilin rekord avtomobil tıxacı qeydə alınıb. Səhər tezdən paytaxt Brüsseli Gent və Limburq şəhərləri ilə birləşdirən magistralda yaranmağa başlayan tıxacın uzunluğu saat yeddi radələrində 300 kilometrə çatıb.
AzVision.azTASS informasiya agentliyinə istinadla xəbər verir ki, tıxaca əsas səbəb kimi dəmiryolçuların tətili göstərilir. Flamand yol hərəkəti mərkəzinin nümayəndəsi Hadjo Bekman paytaxtı Antverpen, Gent, Ostende, Lyej, Mons və Şarlerua şəhərləri ilə bağlayan qatarların hərəkətinin dayandırılması nəticəsində belçikalıların şəxsi avtomobillərindən istifadə etməyə məcbur olduqlarını və nəticədə magistrallarda xaos yarandığını bildirib.

Statistik məlumatlara görə bu ölkədə tıxacların uzunluğu hər ötən il daha da artır. Belə ki, 2011-ci ildə 122, 2012-ci ildə 143, 2013-cü ildə isə 168 kilometrlik tıxaclar qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti