Azərbaycanlı müəllim 1 milyon qazana bilər

Azərbaycanlı müəllim 1 milyon qazana bilər
  12 Dekabr 2014    Oxunub:3652
Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 saylı tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyev dünya müəllimlərinin müsabiqəsinin final mərhələsinə çıxıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, M.Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunan "Dünya Müəllimi Mükafatı"nın ( Global Teacher Prize) 50 finalçısı arasında yer alıb.

"Varkey GEMS" Fondunun yaydığı açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu 1 000 000 ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib. Final mərhələyə isə Məhəmməd Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edir.

Qeyd edək ki, müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1000 000 ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti