“Hizbullah” lideri məhv edildi

“Hizbullah” lideri məhv edildi
  12 Dekabr 2014    Oxunub:2337
“Hizbullah” terror təşkilatının hərbi qolunun liderlərindən biri Hasan Əli Fəhs Suriyada öldürülüb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Fəhs “Hizbullah”ın Suriyanın Hələb şəhərində olan yaraqlılarına rəhbərlik edib. O, 1998-ci ildən etibarən “Hizbullah”ın hərbi qolunun üzvü olub və birinci və ikinci Livan müharibəsində iştirak edib.

Suriya müharibəsi başlayandan bəri o, ən təcrübəli səhra komandirlərindən biri kimi Suriyaya göndərilib. O, Suriyada üç dəfə yaralanıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti