Latviyadan Azərbaycan və Ermənistana sülh çağırışı

Latviyadan Azərbaycan və Ermənistana sülh çağırışı
  12 Dekabr 2014    Oxunub:1552
Ermənistanda səfərdə olan Latviya XİN rəhbəri Edqar Rinqevis ölkə parlamentinin spikeri Qalust Saakyan görüşəcək.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, görüş zamanı bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan Rinkeviç bildirib ki, onun ölkəsinin münaqişə ilə bağlı mövqeyi dəyişməyib: “Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilməlidir”.

Bundan əlavə Ermənistanın Avrasiya İqtisadi ittifaqına (Aİİ) qoşulmasından danışan Rinkeviç bildirib ki, onlar Ermənistanın bu seçiminə hörmətlə yanaşırlar.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti