Erməni deputatı vəhşicəsinə döydülər

Erməni deputatı vəhşicəsinə döydülər
  12 Dekabr 2014    Oxunub:2448
Erməni Milli Konqresinin parlament fraksiyanın katibi Aram Manukyan Yerevanda hücuma məruz qalıb.

AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, müxalifətçi deputat vəhşicəsinə döyülərək xəstəxanalıq olub.

“Atamda kəllə beyin travması, müxtəlif növ xəsarətlər alıb. Hazırda müayinələr davam etdirilir”, - deyə deputatın oğlu Aren Mankunyan bildirib.

Qeyd edək ki, hadisə deputatın evinin yaxınlığında baş verib. Deputatı döyən şəxs dərhal hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları həmin ərazidə yoxlamalar aparırlar.

Deputatı döyən şəxsin tapılması istiqamətində axtarışlar davam edir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti