İsrail səfirliyinə silahlı hücum

İsrail səfirliyinə silahlı hücum
  12 Dekabr 2014    Oxunub:1971
Naməlum şəxslər Yunanıstanın paytaxtı Afinada yerləşən İsrail səfirliyini atəşə tutub.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Hadisə nəticəsində heç kimə xəsarət deyməyib. Məlumata əsasən hücumu iki naməlum şəxs həyata keçirib. Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxslər diplomatik nümayəndəliyi Kalaşnikov tipli avtomatlardan atəşə tutublar.

Səfirliyə hücum zamanın naməlum şəxslər motosikletlərdən istifadə edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti