Erməni deputat döyüldü

Erməni deputat döyüldü
  12 Dekabr 2014    Oxunub:1344
Ermənistanda müxalifətçi deputatlardan biri döyülüb.
AzVision.az xəbər verir ki, İrəvanda naməlum şəxs Ermənistan milli konqresinin parlament fraksiyasının katibi Aram Manukyana hücum edib və onu yumruqlamağa başlayıb.

Hadisə deputatın evinin yaxınlığında baş verib. Deputatı döyən şəxs dərhal hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları həmin ərazidə yoxlamaalar aparırlar.

Deputatı döyən şəxsin tapılması istiqamətində axtarışlar davam edir.


Teqlər:





Xəbər lenti