Putin Sarkisyanı danışmağa məcbur etdi

Putin Sarkisyanı danışmağa məcbur etdi
  11 Dekabr 2014    Oxunub:2785
Ötən gün Ermənistan prezidenti Serj Sarkisyan və onun qazaxıstanlı həmkarı Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub.
Rəsmi olaraq tərəflərin ölkələr arasında ikitərəfli münasibətlərdən danışdığı bildirilirdi. Telefon danışığın kimin təşəbbüsü ilə baş tutduğu açıqlanmırdı.

AzVision.az Ermənistanın “Joxovrud” qəzetinə istinadən xəbər verir ki, telefon danışığı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutub.

Məlumatlara əsasən Putin prezidentlərin Qazaxıstanın Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə sazişi nə vaxt təsdiqləyəciyinə dair müzakirələr aparmasını istəyib. Bundan əlavə Putin Nazarbayev-Sarkisyan görüşünün təşkil olunmasını da istəyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti