Ukraynada tutulan azərbaycanlıdan sensassion etiraflar - VİDEO
Xəbərdə deyilir ki, şiddətli döyüş zamanı separatçıların kəşfiyyat qrupu döyüş meydanında bir nəfəri qoyaraq qaçıb. Meydanda tək qalan kəşfiyyatçı isə E.Səidov olub.
E.Səidov istintaqa ifadəsində deyib ki, çörəkpulu qazanmaq üçün Azərbaycandan Dağıstanın Mahaçqala şəhərinə gedib. Lakin ondan orada işə düzəlmək üçün Rusiya vətəndaşlığı almaq tələb olunub. Elə bu zaman E.Səidova şirnkləndirici təklif gəlib və o, bundan imtina edə bilməyib.
E.Səidov istintaqa deyib ki, naməlum adamlar ona “Donetsk müqavimət hərəkatı”na qoşulmağı təklif ediblər. Bunun müqabilində ona Rusiya pasportu verəcəklərini vəd ediblər.
E.Səidov deyib ki, Donetskdə atəşkəsin və sülhün əldə olunduğunu və orada atışma, döyüş getmədiyini bildiyi üçün bu təkliflə razılaşıb. Onun sözlərinə görə, separatçılara qoşulanlara həftədə 1200 qriven verirlər, lakin o, bu pulları almayıb. Belə ki, “sınaq müddəti”ni keçməyə macal tapmayıb.
Səidov istinataq ifadəsində Rusiyanın humanitar yardımından da danışıb. Deyib ki, o, ağ “KamAZ”lardan humanitar yardım əvəzinə silah-sursat boşaldıldığını öz gözləri ilə görüb.
E.Səidov hazırda Ukrayna xüsusi xidmət orqanlarının nəzarətindədir. Onun sonrakı taleyinin necə olacağı bəlli deyil.
Teqlər: