Putin İslam Kərimovun 865 milyon borcunu bağışlayır

Putin İslam Kərimovun 865 milyon borcunu bağışlayır
  10 Dekabr 2014    Oxunub:1666
Rusiya Özbəkistanla bağlanan hökumətlərarası sazişlər çərçivəsində yaranan 865 milyon dolları siləcək.
AzVision.az-ın məlumatına görə, bununla bağlı saziş Rusiya prezidentinin Daşkəndə səfəri zamanı imzalanacaq.

“Özbəkistanın Rusiyaya ümumilikdə 890 milyon dollar borcu var. Bunun 25 milyon dollarını Özbəkistan tərəfi qaytarıb. Qalan borc isə silinəcək. Borcun silinməsi ilə bağlı qərar ötən həftə Rusiya hökuməti tərəfindən təsdiqlənib”, - deyə Rusiya maliyyə naziri Anton Siluanov bəyan edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hazırda Özbəkistanda səfərdədir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti